başında ildırım çaxmaq

bax başından tüstü çıxmaq
başında görünmək
başında külək oynayır
OBASTAN VİKİ
Çaxmaq
Çaxmaq (zirvə) — Şuşa rayonu ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Çaxmaq (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
İldırım
İldırım — buludların içərisində və ya buludlarla yer səthi arasında elektrik boşalmalarının baş verdiyi atmosfer hadisəsi olub şimşək çaxması ilə müşayiət olunur. Bir qayda olaraq, ildırım möhkəm topa buludlarda əmələ gəlir və güclü yağış, dolu və fırtına ilə müşayiət olunur. Yağışsız ildırım "quru ildırım" adlanır. İldırım insanlar üçün ən təhlükəli hava hadisələrindən biridir: qeydə alınan ölümlərin sayı baxımından yalnız daşqınlar daha çox insan itkisinə səbəb olur.
Fevzi Çaxmaq
Mustafa Fevzi Çakmaq (12 yanvar 1876 – 10 aprel 1950) — türk feldmarşalı (Mareşal) və siyasətçi. O, 1918 və 1919-cu illərdə Baş Qərargah rəisi, daha sonra 1920-ci ildə Osmanlı İmperiyasının Hərbi Naziri vəzifələrində çalışıb. Daha sonra Böyük Millət Məclisinin müvəqqəti hökumətinə daxil olub , baş nazirin müavini , milli müdafiə naziri və daha sonra 1921–1922-ci illərdə Türkiyənin baş naziri. O, müvəqqəti Ankara hökumətinin ikinci Baş Qərargah rəisi olub .və Türkiyə Respublikasının ilk Baş Qərargah rəisi . Hərb Kollecini qərargah kapitanı kimi bitirən və Baş Qərargahın 4-cü şöbəsinə təyin olunan Mustafa Fevzi Osmanlı İmperatorluğunun uzun sürən süqutu zamanı Birinci Balkan müharibəsi və Monastir döyüşü kimi çoxsaylı döyüşlərdə iştirak edib . O, V Korpusun Komandiri kimi Gelibolu müdafiəsi boyunca məşqul olub və bu müddətdə kiçik qardaşı Çunuk Bayır döyüşündə şəhid olub . Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperatorluğunda Paşa və Baş Qərargah rəisi olmuş və Birinci Ordu Qoşunları Müfəttişliyinə komandir təyin edilmişdir.1919-cu ildə Sadrazam Əhməd Tofiq Paşa tərəfindən . 1920-ci ildə qısa müddətə Hərbi Nazirlik vəzifəsini yerinə yetirdikdən sonra Fevzi müxalif Ankara Böyük Millət Məclisinə Kozan millət vəkili olaraq qatılmaq üçün ayrıldı . 1920-ci ildə Mustafa Kamal Paşa tərəfindən Milli Müdafiə Naziri və Baş Nazirin müavini vəzifəsinə təyin edilmiş , Türk Qurtuluş Savaşı boyunca , xüsusilə Sakarya Döyüşündə çoxsaylı hərbi uğurlara komandanlıq etmişdir . 1921-ci ildə Mustafa Kamalın yerinə baş nazir oldu, 1922-ci ildə Dumlupınar döyüşündə müvəffəqiyyətli olmaq üçün istefa verdi .
Fəvzi Çaxmaq
Mustafa Fevzi Çakmaq (12 yanvar 1876 – 10 aprel 1950) — türk feldmarşalı (Mareşal) və siyasətçi. O, 1918 və 1919-cu illərdə Baş Qərargah rəisi, daha sonra 1920-ci ildə Osmanlı İmperiyasının Hərbi Naziri vəzifələrində çalışıb. Daha sonra Böyük Millət Məclisinin müvəqqəti hökumətinə daxil olub , baş nazirin müavini , milli müdafiə naziri və daha sonra 1921–1922-ci illərdə Türkiyənin baş naziri. O, müvəqqəti Ankara hökumətinin ikinci Baş Qərargah rəisi olub .və Türkiyə Respublikasının ilk Baş Qərargah rəisi . Hərb Kollecini qərargah kapitanı kimi bitirən və Baş Qərargahın 4-cü şöbəsinə təyin olunan Mustafa Fevzi Osmanlı İmperatorluğunun uzun sürən süqutu zamanı Birinci Balkan müharibəsi və Monastir döyüşü kimi çoxsaylı döyüşlərdə iştirak edib . O, V Korpusun Komandiri kimi Gelibolu müdafiəsi boyunca məşqul olub və bu müddətdə kiçik qardaşı Çunuk Bayır döyüşündə şəhid olub . Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperatorluğunda Paşa və Baş Qərargah rəisi olmuş və Birinci Ordu Qoşunları Müfəttişliyinə komandir təyin edilmişdir.1919-cu ildə Sadrazam Əhməd Tofiq Paşa tərəfindən . 1920-ci ildə qısa müddətə Hərbi Nazirlik vəzifəsini yerinə yetirdikdən sonra Fevzi müxalif Ankara Böyük Millət Məclisinə Kozan millət vəkili olaraq qatılmaq üçün ayrıldı . 1920-ci ildə Mustafa Kamal Paşa tərəfindən Milli Müdafiə Naziri və Baş Nazirin müavini vəzifəsinə təyin edilmiş , Türk Qurtuluş Savaşı boyunca , xüsusilə Sakarya Döyüşündə çoxsaylı hərbi uğurlara komandanlıq etmişdir . 1921-ci ildə Mustafa Kamalın yerinə baş nazir oldu, 1922-ci ildə Dumlupınar döyüşündə müvəffəqiyyətli olmaq üçün istefa verdi .
Seyfəddin Çaxmaq
Seyfəddin Çaxmaq (ərəb. الظاهر سيف الدين جقم‎; 1373 – 13 fevral 1453) — 9 sentyabr 1438–1 fevral 1453-cü illər arasında Misirin Məmlük sultanı.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
Çaxmaq-Bina
Çaxmaq-Bina — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Çaxmaq (Amasiya)
Çaxmaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq rayon mərkəzindən 7 km cənub-qərbdə, Türkiyə sərhəddində yerləşir. Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Lakin erməni mənbələrində kəndin sakinləri qarapapaqlar göstərilməklə müstəqil xalq kimi təqdim edirlər. Halbuki qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfəry 1908-ci ildə 360 nəfər, 1914 - cü ildə 406 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra yaranan sakitliyə görə azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 nəfər, 1931-ci ildə 89 nəfər, 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər azərbaycanlı yaşamışdır. Kəndə ermənilər 1922-ci ildə köçürülmüşdür.
Çaxmaq (Xoy)
Çaxmaq (fars. چخماق‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (54 ailə).
Çaxmaq (zirvə)
Çaxmaq — Şuşa rayonunun ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Hündürlüyü 1554 m. ərazisində qığılcım törədən xüsusi caxmaq daşının çoxluğu ilə əlaqədar olaraq dağ belə adlandırılmışdır. Qazax rayonunun İkinci Şıxlı kəndindən cənubda qədim düşərgə də oradan tapılmış coxlu daş alətlərə görə Çaxmaqlı adlanır. 1991-ci ilədək Ermənistan ərazisində Caxmaq adlı yaşayış məntəqəsi olmuşdur.
Çaxmaq Karvansaray
Çaxmaq Karvansara (ərəb. خان جقمق‎) — Dəməşqin qədim şəhərində olan azsaylı karvansaralardan biridir.
Çaxmaq (Qars)
Çaxmaq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 673 nəfərdir (2022).
Bulaq Başında (1980)
Bulaq başında qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film-konsert Salyandakı "Cəngi" və Lənkərandakı "Xalq Yaradıcılığı" ansambllarının fəaliyyəti haqqındadır. == Məzmun == Film-konsert Salyandakı "Cəngi" və Lənkərandakı "Xalq Yaradıcılığı" ansambllarının fəaliyyəti haqqındadır.
Kürəvi ildırım
Mahmud İldırım
Mahmut Yıldırım (1 yanvar 1951, Solxan, Bingöl ili) — Zaza əsilli Türk kəşfiyyatcı. Dörd il sonra fərqli bir misyaya soyunub, fərqli bir adla tanılmağa başladı. Əməliyyatlarda PKK-lı kimi geyinən Mahmud Yıldırım, polis və əsgərlərin tanıması üçün "Yaşıl şərf" taxırdı. Abdulla Öcalanın öldürülməsi üçün göndərildikdən 3 ay sonra öldürməməsi əmrini alır və Yıldırımın üsyanından sonra vətən xayini elan olunmuşdur. Daha sonra ölkəni tərk edərək Şama gedir və bir daha ondan xəbər alınmır. Məşhur Susurluq kazası (qəzası) sonra ortaya çıxan əlaqələr, Yaşılın bir çox cinayətlərdə əli olduğu şübhəsi yaratdı, amma nə qədər axtarıldısa tapılmadı, Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz aldığı məlumatlara görə Yeşilin öldüyünü elan etdi. (Polis onu axtarırdı, amma tapa bilmirdi, neçə dəfə əlindən qaçırıb polis onu, amma tuta bilməyib, deyilənlərə və bəzi şahidlərə görə Mahmud Yıldırımın dövlətin əlində olduğu və üzünün dəyişdirildiyini deyilir) Ancaq qısa vaxt ərzində Yeşil, İHD başqanı Akın Birdalı öldürənlərin arxasında kı, adam olduğu ortaya çıxmışdır. Daha sonrakı məlumatlar İldırımın sağ olduğu şübhəsini yaratdı. Susurluq hesabatında da İldırıma 12 səyfəlik yer verildi. Əhmət Dəmir, Mehmet Qırmızı adlı saxta vəsiqələri işlədən, Cənub-Şərq də "Saqqallı" adıyla tanınan Solxanlı Mahmud İldırımın keçmişi bir dəfədə aşkara çıxarıldı.
Çingiz İldırım
Çingiz İldırım (tam adı Sultanov Çingiz İldırım oğlu; 10 iyul 1890, Qubadlı, Zəngəzur qəzası – 27 iyul 1941, Moskva) — Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı, xalq komissarı. 1890-cı ilin 10 iyulunda bəy ailəsində dünyaya gəlmişdir. Atası İldırım Qubadlıda ilk məktəbin açılmasına nail olmuş və 2 oğlunu — Çingizlə Cabbarı həmin məktəbdə oxutdurmuşdur. Kənd məktəbini bitirdikdən sonra Çingiz Şuşadakı realnı məktəbdə təhsilini davam etdirmişdir. Bu məktəb 1906-cı ildə bağlanmış, Çingiz isə təhsil ardınca Vladiqafqaza yollanaraq orta təhsilini 1909-cu ildə orada tamamlamışdır. Həmin ildə 19 yaşlı Çingiz, Sankt-Peterburqa ali təhsil almaq üçün yollanmış və Politexnik institutun dağ-sənaye şöbəsinə qəbul olunmuşdur. Ali təhsilini 1916-cı ildə başa vurduqdan sonra oradakı "Ayvaz" zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlamışdır. Yüksək səviyyəli mühəndis-metallurq olmuşdur. 7 iyul 1937-ci ildə İldırım NKVD tərəfindən həbs edildi və iddia edilən əks-inqilabi fəaliyyətdə ittiham edildi. Dnepropetrovskda, Bakıda və Moskva da məhbus olaraq saxlanıldı.
İldırım Ağayev
İldırım Qafqaz oğlu Ağayev (2 may 1998, Rüstəmlı, Yevlax rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. İldırım Ağayev 1998-ci il mayın 2-də Yevlax rayonunun Rüstəmli kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan İldırım Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İldırım Ağayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İldırım Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İldırım Ağayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İldırım Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İldırım Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İldırım Bəyazid
I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir. 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur.
İldırım Cabbarov
Cabbarov İldırım Bəhram oğlu (10 oktyabr 1935, Qaryagin rayonu – 23 yanvar 2014, Mingəçevir) — Azərbaycan teatr rejissoru, Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru (1968–1980). İldırım Cabbarov 10 oktyabr 1935-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində anadan olmuşdur. 1968-ci ildən 1980-ci ilə qədər M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında baş rejissor, sonra isə rejissor və aktyor kimi işləmiş, onun tamaşaya hazırladığı əsərlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. C. Cabbarlı "Almaz", Fiqereydo "Ezop", S. Vurğun "Fərhad və Şirin", M. Şamxalov "Qaynana", S. Rüstəm "Durna", K. Qaldoni "İki ağanın bir nökəri" və s. əsərlər onun quruluşunda səhnələşdirilib. 1980-ci ildən 1990-cı ilə qədər teatr səhnəsindən ayrılıb. 1990-cı ildən yenidən həmin teatrda rejissor və aktyor işləyib. (İ. Əfəndiyev "Tənha iydı ağacı") – Kərim bəy, (İ. Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı") – Avşar Hüseyn, (C. Cabbarlı "Almaz") – Hacı Əhməd, (C. Cabbarlı "Solğun çiçəklər" – Bəhram, (C. Məmmədquluzadə "Danabaş kəndinin məktəbi") – Naçalnik, (S. Vurğun "Vaqif") – İbrahim xan obrazları onun yaratdığı nümunələrdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2005-ci ildə anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmana və pul mükafatına layiq görülmüşdür.
İldırım Cəfərov
İldırım Şirin oğlu Cəfərov — Əməkdar aqronom. 23 fevral 1921-ci ildə Ağdam rayon Xındırıstan kəndində anadan olmuşdur.1929-cu ildə Xındırıstan ibtidai məktəbinə getmiş,1937-ci ildə isə Paşabəyli kənd yeddiillik məktəbini bitirərək Stalin adına Ağdam Pedoqoji Məktəbinə qəbul olmuşdur.1939-cu ildə həmin məktəbi bitirərək Maarif nazirlyinin göstərişi ilə Ağcabədi rayonunun Salmanbəyli kənd məktəbinə göndərilərək müəllimlik fəaliyyətinə başlamışdır.1943-cü ildə orduya çağırılmışdır.1948-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, institutu bitirdikdən sonra Xındırıstan kənd orta məktəbinin direktoru təyin edilmişdir. Layiqli müəllimlik fəaliyyətinin qiyməti olaraq "Qabaqcıl maarif xadimi" adına layiq görülmüşdür. Rayonda ve elecede respublikada sayılıb-seçilən ağsaqqallardan olmuş İldırım Cəfərov neçə-neçə ictimai heyata atılmış gəncin məsləhət yeri olmuşdur, bu gündə onun tövsiyələri, məsləhətləri dillərdə səslənir. Rayon Ağsaqqallar şurasının sedri seçilmişdir və ömrünün sonunadək ictimai işlərdə, rayon tədbirlərində yaxından iştirak etmişdir.2004-cü il yanvarın 20-sində vəfat etmişdir. Övladları Svetlana, Aybəniz, Eldəniz, Ceyhun, Afət və Zülfiyyə,14 nəvəsi,17 nəticəsi və 2 kötücəsi var. 1960-cı ildə Ağdam Rayon Partiya Komitəsinə çağırılır və o adlı-sanlı bir kəndin itmiş şöhrətinin özünə qaytarılması üçün Xındırıstan kəndinə kolxoz sədri təyin edilir. Onun fəaliyyətinin ilk dövrlərindən başlayaraq Xındırıstan kəndi sürətlə abadlaşır, çiçəklənirdi. Beləki kənddə Məişət xidməti evi, Xındırıstan kənd xəstəxanasının binası, ticarət mərkəzi, hamam binası, poçt binası, Xındırıstan ərazi nümayəndəliyinin binası, artezian quyularının istismarı idarəsinin binası, aptek, Texniki peşə məktəbinin binası, uşaq bağçası, od dəyirmanı, Xındırıstan kənd orta məktəbinin binası, qonaq evi, Böyük Vətən müharibəsibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə, Heydər bulağı və koperativ yaşayış evləri tikilərək əhalinin istifadəsinə verildi. Müxtəlif illərdə"1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə"medalı,"1941–1945-ci illər Böyük Vətən müharibəsində əmək rəşadətinə görə" medalı, Böyük Vətən müharibəsində qələbənin20 illiyi,30 illiyi,40 illiyi və 70 illiyi medalları,"Əmək veteranı"medalı, Üç dəfə "Qırmızı Əmək Bayrağı ordeni"liə, bir dəfə"Oktyabr İnqilabı"ordeni ilə təltif edilmişdir.
İldırım Həsənov
Həsənov İldırım Həsən bəy oğlu - Xanəndə İldırım Həsənov 1920-ci ildə Ağdam rayonunun Saybalı kəndində dünyaya gəlib. Atası Həsən bəy Qarabağın sayılıb-seçilən zadəganlarından, anası Dilguşa bəyim isə Məhəmməd ağanın qızı. Ata xanın nəvəsidir. Böyük sənətkar Zülfü Adıgözəlovun təkidilə 1947-ci ildə Ağdamdan Bakıya köçən İ.Həsənov elə bu ustad sənətkardan musiqi dərsi alıb. Uzun illər Asəf Zeynallı adına musiqi məktəbində dərs deyib. İ.Həsənov 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olub, orden və medallarla təltif edilib. Xanəndə 1977-ci ildə dünyasını dəyişib. Hazırda onun Qızıl Fondda bir sıra dəyərli lent yazıları saxlanılır. Xalq artisti Arif Babayev: "İldırım Həsənov çox gözəl səsə malik, təmiz qəlbli, şirin danışıqlı bir insan idi. Bəy nəslindən olduğu üçün çox vaxt biz ona bəy deyə müraciət edərdik.
İldırım Məmmədov
İldırım Qasımlı
İldırım Əvəzoğlu (tam adı:Qasımlı İldırım Əvəz oğlu) —pedaqoq,teatrşünas və jurnalist, YAP Sumqayıt təşkilatının təsisçilərindən biri, həmin təşkilatın sədr müavini və "Məslək" qəzetinin baş redaktoru. İldırım Əvəz oğlu Qasımlı 1 mart 1940-cı ildə Zəngəzur mahalının Ağudi kəndində anadan olmuşdur. İ.Qasımlı orta təhsilini başa vurduqdan sonra 1958-ci ildə APİ-nin tarix-filologiya fakültəsinə daxil olmuşdur. İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır. O, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Yəhya Seyidovun rəhbərliyi ilə "Əli Vəliyevin romanları" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adı alır. 1978-ci ildə "Əli Vəliyev" adlı monoqrafiyasını nəşr etdirir. İldırım Qasımlı atasını erkən itirdiyindən qardaşı və iki bacısı ilə birlikdə anasının himayəsində böyümüşdür. Onun anası xalça ustası Əsilxan Hümbətyar qızı idi. Raya Qasımova (Məhərrəmova) ilə ailə həyatı qurmuşdur. 2 qızı, 2 oğlu olmuşdur.
İldırım təşkilatı
Antisovet İldırım təşkilatı – 1942-ci ildə sovet işğalına qarşı mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuş təşkilat. Şərqşünas İsmixan Rəhimov Şərqşünas Hacı Zeynalov Musa Abdullayev Kamal Əliyev Azər Ələsgərov Aydın Vahidov Kamil Rzayev Gülhüseyn Abdullayev Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq. "Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRI-dən ayırmağa hazırlayır. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Sən demə, yanılırmış. Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. 1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar.
İldırım ötürücü
İldırım ötürücü — bina və qurğulara quraşdırılan, ildırım vurmalarından qorunmaq üçün cihaz. İldırım çaxması zamanı yer üzündə böyük bir cərəyan meydana gəlir və Yerin səthində güclü bir elektrik sahəsi görünür. Sahə intensivliyi xüsusilə kəskin keçiricilərin yanında yüksəkdir və buna görə ildırım ötürücünün ucunda bir tac boşalması alovlanır. Tac boşalması nəticəsində ildırım ötürücüyə yaxın hava güclü ionlaşır. Nəticədə ucun yaxınlığındakı elektrik sahəsi azalır (hər hansı bir ötürücünün içərisində olduğu kimi), induksiyalı yüklər binaya yığıla bilmir və şimşək ehtimalı azalır. İldırım meydana gəldiyi eyni hallarda (belə hallar çox nadirdir), ildırım ötürücü vastəsi ilə ötürülür və nəticədə dağıntı olmadan təhlükə aradan alxır. Bir-biri ilə əlaqəli üç hissədən ibarətdir: İldırım qəbul edici — ildırımın qəbul edilçəsinə xidmət edir və ildırım kanalı ilə təmas zonasında yerləşir; qorunan obyektdən asılı olaraq, metal bir pin, keçirici material şəbəkə və ya qorunan obyektin üstünə uzanan bir metal kabel ola bilər. Yerləndirmə ötürücüsü və ya aşağı keçirici — yükü hava terminalından torpaq elektroduna yönəltməyə xidmət edən bir dirijor; ümumiyyətlə kifayət qədər böyük bir kəsişmədən ibarət bir teldir. Yerləndirmə — yerlə təmasda olan bir ötürücü və ya ümumiyyətlə torpağa basdırılmış bir metal çubuq. Bir ildırım ötürücüsünü elementləri bir-birinə bağlıdır və dəstəkləyici bir quruluşla sabitlənmişdir.